Sumqayıt şəhərində su borusu sızır. Bu barədə Sumqayıt24-ə 19 oktyabr tarixində məlumat daxil olub.
Söhbət “Xəzər bağları”, M.Müşfiq küçəsində yerləşən içməli su xəttindən gedir.
Sakinlərin sözlərinə görə, su xətti bir neçə hissədə zədələnib. Bu hal 3 gündür davam edir. Su küçə boyunca axır. Aidiyyəti quruma məlumat verilib, lakin heç bir tədbir görülməyib.