Sumqayıtda kanalizasiya suları evlərin arası ilə axır. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
Xoşagəlməz hal Yaşıldərə yaşayış massivində yaranıb. Sakinlər çirkab suların qoxusundan, yayıla biləcək xəstəliklərdən narahatdırlar. Onlar aidiyyəti qurumların məsələ ilə bir dəfə də olsa, maraqlanmadığını, problemin həlli üçün tədbirlərin görülmədyini deyirlər.