Sumqayıtın üzgüçülük komandası respublika birinciliyində iştirak edib. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
Sumqayıt Olimpiya İdman Kompleksi 2008-ci il təvəllüdlü və daha kiçik oğlanlar və qızlar arasında keçirilən yarışa 6 idmançı ilə qatılıb.
7 yaşlı təmsilçimiz Nərmin Ramazanova 3-cü yerə layiq görülüb. O, bürünc medal və diplomla mükafatlandırılıb.