Sumqayıt cüdoçusu beynəlxalq turnirdə uğurlu çıxış edib.
Sumqayit24.az-a daxil olan məlumata görə, Tacikistanda keçirilən cüdo üzrə beynəlxalq turnirdə Mübariz Cəfərli üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, Mübariz Cəfərli Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. O, Sumqayıtda yerləşən "Neftçi" İdman Klubunda məşq edir. İdmançının məşqçisi Vüqar Babayevdir.