AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu cərimələyib.
Sumqayit24.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisinin "Səbail" üzərində qələbə qazandığı (1:0) görüşdə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən klublar 700 manat cərimə ödəyəcək.
Qeyd edək ki, AFFA Misli Premyer Liqasında çıxış edən daha iki kluba da cərimə kəsib.