Şahmat üzrə Avropa çempionatının V turunu sumqayıtlı şahmatçı heç-heçə ilə başa vurub. Bu barədə Report məlumat yayıb.
Çatej şəhərində keçirilən çempionatda Şəhriyar Məmmədyarovun rusiyalı Aleksandr Qrişukla oyunu 0,5:0,5 hesabı ilə başa çatıb.
Azərbaycanın kişilərdən ibarət yığması ilk 3 turu qələbə ilə, 1 turu isə heç-heçə ilə başa vurublar.