“Sumqayıt” klubu Bəxtiyar Həsənalızadəyə təklif göndərib. Sumqayıt24 bu haqda 14 iyun tarixində Apasport.az-a istinadən xəbər verir.
"Sabah”dan ayrılacağı gözlənilən 30 yaşlı müdafiəçi "Qəbələ” və "Səbail” klublarının da maraq dairəsindədir. O, yeni mövsümün startına qədər bu üç klub arasında seçim etməlidir. "Sumqayıt”ın yetirməsi olan Həsənalızadənin yenidən doğma komandaya keçmək ehtimalı daha yüksəkdir.