Sumqayıt idmançısı boks idman növü üzrə beynəlxalq turnirin ikincisi olub. Bu barədə 20 sentyabr tarixində Boks Federasiyasına istinadən xəbər veririk.
Serbiyanın Subotitsa şəhərində keçirilən yarışda 48 kq çəki dərəcəsində çıxış edən Kənan Babayev finalda rəqibinə məğlub olaraq gümüş medala sahib olub.
Kənan 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsidir.