Sumqayıtda idman tədbiri keçirilib. Sumqayıt24 bu haqda 3 avqust tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Sumqayıt Bulvarı, “Qarabağ NN” stolüstü tennis bazasında “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis və cüdo idman növləri üzrə nümunəvi çıxışlar baş tutub.
Tədbirin məqsədi uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.