Bir neçə kilometrlik yol, saatlarla davam edən tıxac. Sürücülər artıq mənzil başına çatmaqdan çox, tıxacdan çıxmağı düşünürlər.
Bakı-Sumqayıt yolunda yaranan uzun tıxaclar sürücüləri təngə gətirib. Sürücülər deyirlər ki, məsələ təkcə yolda yaranan sıxlıqla bitmir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, hazırda sözügedən istiqamətlər üzrə müvafiq dövlət qurumları ilə birgə ilkin texniki araşdırmaların aparılması, layihə həllərinin formalaşdırılması və layihə-smeta sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir.
Daha ətraflı Xəzər TV-nin süjetində: