Sumqayıtlı cüdoçu beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 9 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Qazaxıstanda II Türk Dövlətləri Universiadası keçirilir. Milli komandanın tərkibində 90 kq çəki dərəcəsində çıxış edən idmançımız Nihad Şıxəlizadə yarışın bürünc medalına sahib olub.
Qeyd edək ki, birincilik noyabrın 10-dək davam edəcək.