Sumqayıtda “Atletika hamı üçün” kütləvi idman tədbiri baş tutub. Bu barədə 12 sentyabr tarixində Qubadlı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
“İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunan tədbir Dənizkənarı parkda keçirilib. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd yüngül atletika idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, həmçinin asudə vaxtın səmərəli təşkilindən ibarətdir.