“Sumqayıt” klubu Elvin Bədəlovla müqavilənin vaxtını uzadıb. Sumqayıt24 bu haqda 9 iyun tarixində xəbər verir.
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "kimyaçılar" 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə ediblər.
Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”ın formasını geyinən Elvin Bədəlov ümumilikdə 84 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və "A" millilərinin şərəfini qoruyub.