Sumqayıt komandasının oyunçusu FHN-in qurumları arasında təşkil olunan minifutbol çempionatında fərqlənib. Bu haqda 20 may tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarış FHN-in İdman-sağlamlıq Klubunun stadionunda baş tutub. Yarışda ümumilikdə 23 komandadan 250-yə yaxın idmançı iştirak edib. Çempionatda ən çox qol vuran oyunçu Sumqayıt Regional Mərkəzinin əməkdaşı Samir Nərimanlı seçilib.
Turnirin qızıl medalına Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası yiyələnib.