Sumqayıt güləşçisi Avropa üçüncüsü olub. Sumqayıt24 bu haqda 15 iyun tarixində xəbər verir.
Albaniyanın paytaxtı Tirana şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr (U-17) arasında Avropa çempionatı keçirilib. Azərbaycan millisinin heyətində yarışa qatılan Əli Seyidəlili (51 kq) belaruslu Maksim Zaxarovu məğlub edərək bürünc medal qazanıb. O, Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-in idmançısıdır.
Qeyd edək ki, millimiz ümumilikdə 1 qızıl və 5 bürünc medal əldə edərək 118 xalla Gürcüstan komandasından sonra 2-ci yeri tutub.