Sumqayıt güləş məktəbinin yetirməsi beynəlxalq turnirdə iştirak edib. Bu haqda 16 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Albaniyanın Tirana şəhərində (U-17) yeniyetmələr arasında yunan-roma güləşi üzrə Avropa çempionatı keçirilib. Yığmamızın üzvü olan güləşçimiz Əli Seyidəlili (51kq) yarışın bürünc medalına layiq görülüb.
Əli Seyidəlilinin məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Sədi Quliyevdir.