Sumqayıtlı güləşçi dünya çempionatında yarımfinala yüksələ bilməyib. Bu barədə 12 sentyabr tarixində Güləş Federasiyasına istinadən xəbər veririk.
Yunan-Roma güləşi üzrə millimizin tərkibində çıxış edən Murad Məmmədov 1/8 finalda Rabbi Kilandiyə (Konqo) 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Lakin 1/4 finalda o, Armen Nazaryana (Bolqarıstan) məğlub olaraq mübarizəsini dayandırıb.
Daha öncə pəhləvanımızın Dünya çempionatına qatılacağı haqda məlumat vermişdik.