Sumqayıt idmançısı parapauerliftinq idman növü üzrə Açıq Avropa çempionatında uğur qazanıb. Bu barədə 27 sentyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən yarışda millimizin heyətində çıxış edən Zəhra Dadaşova qızıl medala sahib olub. O, 50 kq çəki dərəcəsində mübarizə aparıb.
Qeyd edək ki, Zəhra Dadaşovanın məşqçisi Taleh Məhərrəmovdur.