Sumqayıt idmançısı sərbəst və klassik üslubda kəmər güləşi üzrə dünya çempionatında fərqlənib. Bu barədə 13 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Özbəkistanın Nəmənqan şəhərində keçirilən yarışda Sumqayıt Olimpiya İdman Kompleksinin idmançısı Səbinə Həmzalova sərbəst stildə bürünc mükafata layiq görülüb. O, 52 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımızı çempionata məşqçisi Xəyal Əliyev hazırlayıb.