“Sumqayıt” klubu yeni formaları təqdim edib. Sumqayıt24 bu haqda 3 avqust tarixində xəbər verir.
Komandamızın 2023/2024 mövsümü üçün ev və səfər formaları İtaliyanın “Macron” firması tərəfindən istehsal olunub. Dəstlər ənənəvi bənövşəyi və açıq mavi rənglərdə olacaq.
Qeyd edək ki, firma oyun formalarından əlavə, əsas komandanı məşq geyimləri ilə də təmin edəcək.