Sumqayıtda karate idman növü üzrə şəhər birinciliyi təşkil olunacaq. Bu barədə 1 oktyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
27 Sentyabr - Anım Gününə həsr edilmiş yarış oktyabrın 2-si baş tutacaq. Karatenin WKF növü üzrə turnir uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək.