Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (İOEUGİŞM) yetirmələri beynəlxalq turnirdə çıxış ediblər. Bu haqda 10 may tarixində Sumqayıt24 xəbər verir.
Qılıncoynatma üzrə yeniyetmə oğlan və qızlar arasında keçirilən turnir Gürcüstanın Tbilisi şəhərində baş tutub. Təmsilçilərimiz Cəlal Vəlizadə (U-12) 1-ci yerə, Oruc Misirzadə (U-14) isə 3-cü yerə layiq görülüblər. İdmançılarımız medal və diplomla təltif olunublar.