Sumqayıt təhsil müəssisəsinin şagirdi cüdo turnirində iştirak edib. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin şagirdi Arzu Rəşidova (63 kq) U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyində 1-ci yerə layiq görülüb. Məktəbli medal və diplomla təltif edilib.