Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin şagirdi karate turnirinə qatılıb. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş açıq turnir uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunub. 30 kq çəki dərəcəsində mübarizə aparan Ələkbər Əlizadə yarışda 1-ci yeri tutub. Məktəbli medal və diplomla mükafatlandırılıb.