“Məmmədyarovlar” Şahmat Məktəbinin ilk təsnifat yarışı keçirilib. Sumqayıt24 bu haqda 7 noyabr tarixində xəbər verir.
Yarışın iştirakçıları və onların valideynləri sağlam rəqabət nümayiş etdiriblər. Nəticədə Qasım Mustafayev 9 oyunda 7 xal qazanaraq qızıl medala sahib olub. Hər biri 6 xal toplayan Yusif Talıblı və Fateh Əliyev 2-ci və 3-cü yerləri bölüşüblər.
Dörd iştirakçı dördüncü dərəcəyə sahib olub.