top
“Məşqçiliyə başlamaq fikrim var” - “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov
08 iyun 2023, 08:05
- ↺ +

“Məşqçiliyə başlamaq fikrim var” - “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt” FK-nın kapitanı Vurğun Hüseynov gələcək planları ilə bağlı müsahibə verib. Bu haqda 8 iyun tarixində Sumqayıt24 xəbər verir.

Təcrübəli müdafiəçi Qaynarinfo-ya açıqlamasında futbolçu karyerasını bitirmək qərarından söz açıb. O "Sumqayıt”ın cari mövsümünü də dəyərləndirib, zəif çıxış etmələrinin səbəblərini nədə gördüyünü deyib:

"Bilirsiniz ki, mövsüm bizim üçün çox çətin keçdi. Çempionat başlayanda komandanın durumu bəlli idi. Çətin dönəmdən keçdik. Əsasən də sonuncu yeri tutan komandanın Birinci Diviziona düşməsi barədə qərar həqiqətən üzərimizdə çox böyük məsuliyyət yaratmışdı. Yaxşı mənada danışası bir şey yoxdur. Çətinliklə də olsa, Premyer Liqada qaldıq”.

"Sumqayıt”da ötən mövsümlə müqayisədə xeyli dəyişikliklərə gedildi. Legionerlər cəlb olundu və komanda mövsümün başlanğıcında əvvəlkindən daha iddialı görünürdü. Amma yenə də gözləniləni vermədi. Kapitan bunun səbəbləri haqda düşüncələrini bölüşüb:

"2020/2021 mövsümündə də sonuncu yerlərə düşdük. Ondan əvvəlki mövsümdə isə 3-cü yeri tutmuşduq. Keçən il də zəif oynamışdıq. Düzdür, milliləşdirilmiş oyunçularımız var idi. Amma futbolçunu gətirirsən, özünü necə göstərəcəyini bilmək olmur. Düzdür, indiki legionerlərimiz yaxşı idi. Kluba 5-6 legioner gətirirsən. Onun bir neçəsi yaxşı çıxır. Bu reallıqdır. Bu durumumuzu təkcə legionerlərlə əlaqələndirmək olmaz. Yerlilərin də buraxdığı səhvlər var. Günahı sırf kiminsə boynuna yıxmaq düz deyil”.

Hüseynov mövsümün əvvəlində komandanın durumuna əsasən hansı yeri proqnozlaşdırdıqlarını da bildirdi:

"Təbii ki, kimdən soruşsan, yüksək yerlər uğrunda oynadıqlarını deyəcək. Düşünürsən ki, çempionatı yaxşı yerlərdə bitirmək mümkündür. Amma oyunlar başlayanda görürsən ki, rəqiblər daha güclüdürlər və səviyyəli futbolçulara malikdirlər. Əvvəlcədən istədiyin şeylər olmur. Reallığa gələndə bilirdik ki, çətinliklər olacaq. Şəxsən minimum 5-6-cı yerləri düşünürdüm. Yeni yığılmış komanda idi. Uyğunlaşma olmalıdır. Gələnlər gedənlərin yerini tam doldura bilmədilər. Belə komandadan bundan artığını gözləmək, məncə, çətin olardı. Legionerlərimizin hər biri yaxşı idi. Amma "Sumqayıt”ın belə duruma düşməsi başda mən olmaqla hər birimizin günahı idi. Sırf kimisə günahlandırmaq istəmirəm”.

Təcrübəli müdafiəçi öz oyununu da dəyərləndirdi:

"Təcrübəli futbolçu kimi komandaya əlimdən gələn qədər fayda verməyə çalışdım. Baxmayaraq ki, zədələrim çox oldu, mənə imkan vermirdi. Komandaya maksimum şəkildə kömək etməyə çalışırdım. Tez-tez zədələnməyimə gəlincə, bilirsiniz, yaş da öz sözünü deyir. Həm də bir neçə xroniki zədəm var”.

Vurğun karyerasını bitirmək və məşqçiliyə başlamaq istəyir:

"Açığı, zədələrim imkan vermir. Düşünürəm ki, karyeramı sonlandırım. Tam dəqiq deyil, amma fikirləşirəm. 80 faiz qərarımı vermişəm. Yəqin ki, futboldan ayrı qala bilmərəm. Məşqçiliyə başlamaq fikrim var. Hələ Tovuzdayam, Bakıya gələndən sonra məşqçilik kurslarına qatılacağam. Təbii ki, futboldan ayrılmaq həqiqətən çətindir. Əslində ayrılmaya da bilərəm, qərarım tam deyil. Amma çox çətin olacaq, çünki ömrümü futbola həsr etmişəm. Allah böyükdür, yaxşı olar”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
07 noyabr 2026, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Oxşar xəbərlər