Sumqayıtda 28 May - Müstəqillik Gününə həsr edilmiş karate üzrə klublararası çempionat keçirilib. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
“Dostluq” əlbəyaxa döyüş növləri idman klubunun ictimai birliyi Sumqayıt şöbəsinin təşkil etdiyi yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Karate üzrə məşqçisi Hüseyn müəllimin tələbələri:
- Oruc Məmmədov (6-7 yaş, 30 kq üzrə) 2-ci yerə;
- Xədicə Musayeva (8-9 yaş, 30 kq üzrə) 1-ci yerə;
- Rəna Həsənli (12-13 yaş, 35 kq üzrə) 1-ci yerə;
- Fatimə Süleymanlı (10-11 yaş, 40 kq üzrə) 1-ci yerə;
- Musa İsmayıl (10-11 yaş, 35 kq üzrə) 2-ci yerə;
- Saleh Salayev (12-13 yaş, 40 kq üzrə) 2-ci yerə layiq görülüblər.
Qaliblər medal və diplomla mükafatlandırılıblar.