"Norway Chess" turnirinin sonuncu - IX turu keçirilir. Sumqayıt24 bu haqda 9 iyun tarixində xəbər verir.
Norveçin Stavanger şəhərində təşkil olunan yarışda 38 yaşlı qrosmeysterimiz Şəhriyar Məmmədyarov Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.
Hazırda 10 xalla 8-ci pillədə qərarlaşan şahmatçımız son oyunda Maqnus Karlsenə məğlub olub.