Şahmatçımız Avropa çempionatında medal qazanıb. Sumqayıt24 bu haqda 22 may tarixində “Təhsil” Respublika İdman Mərkəzinə istinadən xəbər verir.
İdman Mərkəzinin yığması Albaniyada keçirilən məktəblilərin Avropa Çempionatında iştirak edib. 25 ölkədən 208 şahmatçının qatılıdğı birincilikdə 15 yaşadək qızlar kateqoriyasında Sumqayıt şəhər 2 №-li UGİŞM-in idmançısı Nurtən Nuriyeva bürünc medala sahib çıxıb.
Bundan əlavə Attila Orman (U-9) 4-cü, Məryəm Məmmədova (G-9) 5-ci, Yunis Mahmudzadə (U-13) 5-ci, Ayla Mustafayeva (G-7) və Aytac Məmmədova (G-17) da 6-cı yerlə mükafatçılar sırasına düşüblər.