Sumqayıtda “Qafqaz” Şotokan karate-do idman klubunun 3-cü açıq çempionatı keçirilib. Bu barədə 24 oktyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
“Şuşa İli”nə həsr olunmuş turnir Paralimpiya İdman Kompleksində baş tutub. Yarışda respublikamızın 5 şəhər və rayonunun 300-ə yaxın idmançısı qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda müxtəlif yaş qrupları üzrə qaliblər müəyyənləşiblər. Sonda mükafatçılar Fəxri Fərman və medallarla təltif olunublar.
Çempionat şəhər Gənclər və İdman Baş İdarəsinin və Milli Karate Federasiyasının (WKF) Sumqayıt Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.