Sumqayıtdan olan qadın cüdoçu Olimpiya reytinqində 52 kq çəki dərəcəsində ilk üçlükdə yer alıb. Bu haqda 2 mart tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Reytinq sıralamasına əsasən, Gültac Məmmədəliyeva 2-ci yerdə qərarlaşıb. Hazırda onun aktivində 2196 xal var.