Sumqayıt paracüdoçusu Qran-pri turnirində medal qazanıb. Bu haqda 27 sentyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Bakıda təşkil olunan IBSA cüdo Qran-prisində millimizin tərkibində iştirak edən Xanım Hüseynova (-73 kq) gümüş medala sahib çıxıb.