Sumqayıtlı voleybolçular qələbə çalıblar. Sumqayıt24 bu haqda 25 dekabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
16 yaşadək qızlar arasında Azərbayacan çempionatının qrup mərhələsi keçirilir. Sumqayıt Regional Voleybol Klubunun komandası “Xarı Bülbül-2” (Laçın) ilə qarşılaşıb. Təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib.