Sumqayıtlı məktəbli fudokan idman növü üzrə Bakı turnirində uğurla çıxış edib. Sumqayıt24 bu barədə 27 sentyabr tarixində xəbər verir.
27 Sentyabr - Anım Gününə həsr olunmuş yarış Hövsan Olimpiya İdman Kompleksində baş tutub. Turnirdə 400-ə yaxın idmançı qalibiyyət uğrunda mübarizə aparıb. Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin 7b sinif şagirdi Ələkbər Ötərxanlı 2-ci yerə layiq görülüb.