Sumqayıtda sərbəst güləş üzrə U-15 yeniyetmələr arasında 2-ci Respublika turniri keçirilib. Bu haqda 2 avqust tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunmuş yarışa 12 rayondan 150-yə yaxın idmançı qatılıb. Tədbirdə idman ustaları, şəhid ailələri, eləcə də hərbçilər iştirak ediblər. Turnirdə qalib gələn idmançılar fəxri fərmanlarla mükafatlandırılıb.