Sumqayıt Dövlət Universitetində (SDU) fakültələrarası idman yarışlarına yekun vurulub. Sumqayıt24 bu haqda 2 dekabr tarixində xəbər verir.
Yarışlarda SDU və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri iştirak ediblər. Onlar 3 idman növü - stolüstü tennis, dama və şahmat üzrə mübarizə aparıblar.