Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları idman yarışlarına qatılıblar. Bu haqda 19 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin əməkdaşları arasında idman yarışları keçirilib. SDU-nun komandası dama yarışında 1-ci yeri, şahmat yarışında isə 3-cü yeri tutub.
Layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşıb.