“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin qalibi müəyyənləşir. Bu barədə 24 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu gün blits üzrə 9 tur keçiriləcək. Hər tur iki oyundan ibarət (ağ və qara fiqurlarla) olacaq. Qələbəyə görə 1, heç-heçəyə görə isə yarım xal veriləcək. Rapid yarışlarından sonra sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov 15 xalla liderliyə yüksəlib. Hindistan təmsilçisi Santoş Qucrati Vidit və iranlı Parham Maqsudlu ondan iki xal geri qalırlar.
Qeyd edək ki, qalib rapid və blits turnirlərində toplanan xalların ümumi sayına görə seçiləcək.