top
Sumqayıtlı cüdoçu Namiq Abaslı Sumqayıt24-də müsahibə verdi
14 sentyabr 2021, 00:56
- +

Sumqayıtlı cüdoçu Namiq Abaslı Sumqayıt24-də müsahibə verdi

 

Tokio-2020 Paralimpiya oyunlarının bürünc medal sahibi, 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş Sumqayıtlı cüdoçu Namiq Abaslı Sumqayıt24-də verdiyi müsahibəni təqdim edirik.

 


  • Paralimpiya oyunları zamanı hiss etdikləriniz? Ən çətin olanı nə idi?

  • Hər bir idmançıda ilk öncə məsuliyyət hissi olur. O, istəyirki uğurlu nəticə ilə başa vursun yarışı. Həmçinin, deyim ki, qorxu hissi yox idi, sadəcə məsuliyyət hissi var idi. Hər bir işin çətinliyi olduğu kimi, idmanında özünəməxsus çətinlikləri var. Çətini odurki rəqiblərə qalib gəlib medal əldə etmək, yarışda ondan çətin bir iş görmürəm.





  • Qalibiyyəti necə qeyd etdiniz?

  • Bu Olimpiya oyunlarında özümdən qızıl gözləyirdim. Qızıl üçün hazırlaşmışdım, lakin qismət belə gətirdi Şükür Allahıma. Öz qalibiyyətimi - bürünc medalın sevincini göz yaşları ilə yaşadım. Bürünc uğrunda mübarizə aparırsan, döyüşürsən, qalib gəldikdə isə qalib kimi ayrılırsan tatamidən və məndə göz yaşlarıma hakim ola bilməyib ağladım.





  • Bundan sonra karyeranızda daha nələri əldə etmək istəyirsiniz?

  • Bundan sonra məşqlərimi davam edib növbəti Paralimpiya oyunlarına lisenziya qazanmaq, Paris-2024-də qızıl medalı əldə etməkdir.





  • Döyüşə çıxmadan öncə özünüzü necə hazırlayırsız? Uğur üçün etdiyiniz hər hansı ənənəvi şeylər var?

  • Görüşdən əvvəl məşqçi - müəllimlər ilə və özüm özlüyümdə psixoloji danışıqlar aparıb tatami üzərinə çıxıram. Bundan əvvəlki İBSA Baku Grand Prix yarışı və Tokio-2020 Paralimpiya oyunlarında olan psixoloji hazırlıq məhz şəhidlərimiz, qazilərimiz, hərbiçilərimiz idi . Necə ki onlar dişi ilə, dırnağı ilə qanları bahasına torpaqlarımızı düşmən əsarətindən qurtardı - bizdə məğlub ola bilməzdik. Hər görüşümüzdə onlar göz qabağında canlanırdı və 1 yol var idi - irəli getmək və uğur əldə etmək! Şükürlər olsun ki, biz bunu bacardıq. Ənənəvi bir söz var "Bismillah! La İlahə İlləllah" deyib tatami üzərinə çıxmaq, vəssalam!


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
Dünən, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
Dünən, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Dünən, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Dünən, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Dünən, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Dünən, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Dünən, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü - VİDEO

Bütün xəbərlər
Dünən, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Dünən, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Dünən, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Dünən, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Dünən, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
21 sentyabr 2026, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
21 sentyabr 2026, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
21 sentyabr 2026, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
21 sentyabr 2026, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
21 sentyabr 2026, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

Oxşar xəbərlər