Sumqayıtlı Yunan-Roma güləşçisi Murad Məmmədov bu gün bürünc medal uğrunda mübarizəyə qatılacaq. Bu barədə Güləş Üzrə Dünya Çempionatının rəsmi saytında məlumat paylaşılıb.
Norveçin paytaxtı Oslo şəhərində keçirilən dünya çempionatında güləşçimiz Maksim Kajarski (Belarus) - İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.
Bundan əvvəl, Məmmədovun Dünya çempionatında keçirdiyi oyun barəsində xəbər vermişdik.