AFFA İntizam Komitəsi “Sumqayıt” futbol klubunu cərimələyib. Bu haqda 31 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Premyer Liqasının XI turunda keçirilən “Qəbələ” ilə matçda klub 1800 manat ziyana düşüb.
Təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “gənclik şəhəri” təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Həmçinin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə klub daha 800 manat cərimələnib.
Qeyd edək ki, matç “Kapital Bank Arena” stadionunda baş tutub.