“Sumqayıt” FK-nın əvəzediciləri “İmişli”ni qəbul edib. Bu haqda 11 may tarixində Sumqayıt24 xəbər verir.
Qarşılaşma “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutub. I Divizionda 28-ci tur çərçivəsində təmsilçimiz rəqibi üzərində 4:0 hesablı qələbə qazanıb. Matçda qolları 42-ci və 49-cu dəqiqələrdə Xəlil Bəşirov, 66-ci dəqiqədə Comərd Baxşəliyev, 77-ci dəqiqədə Rüfət Abdullazadə vurub.