Cüdoçumuz Avropa Kuboku turnirində iştirak edəcək. Sumqayıt24 bu barədə 30 sentyabr tarixində federasiyaya istinadən xəbər verir.
Böyüklər arasında birincilik 1-2 oktyabr tarixlərində Sloveniyanın Sele şəhərində təşkil olunacaq. Azərbaycanı təmsil edəcək 18 nəfərdən biri də Sumqayıt cüdo məktəbinin yetirməsi Ruslan Paşayevdir. O, -60 kq çəki dərəcəsində çıxış edəcək.
Qeyd edək ki, Avropa Kubokunda 24 ölkədən 260 idmançı mübarizə aparacaq.