Sumqayıt idmançısı cüdo üzrə Gimnaziada İdman Oyunlarında iştirak edib.
Sumqayit24.az xəbər verir ki, beynəlxalq turnir Bəhreyn Krallığının Manama şəhərində keçirilib. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Diana Eldarova qızların yarışında bürünc medala layiq görülüb.
Qeyd edək ki, idmançının məşqçisi Rüfət Mikayılovdur.