“Sumqayıt” futbol klubu “Kəpəz”i qəbul edib. Bu haqda 2 mart tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunu Mehdi Hüseynzadə adına stadionda keçirilib. Gəncə təmsilçisi “Kimyaçılar”ı 3:1 hesabı ilə məğlub edib.
Hazırda turnir cədvəlində ikinci sırada qərarlaşan "Sumqayıt"ın hesabında 36 xal var.