“Sumqayıt” böyük hesabla uduzub. Sumqayıt24 bu haqda 9 dekabr tarixində xəbər verir.
Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. Klubumuz “Kapital Bank Arena” stadionunda “Qarabağ”ı qəbul edib. Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolumuzu 43-cü dəqiqədə Erik Sorqa vurub.
Məşqçimiz Mübariz Orucov oyundan sonra fikirləri ilə bölüşüb:
"Zədəlilərimiz oldu. Bəzi oyunçular yad mövqelərdə oynayırlar. Bu sarıdan çətinliklərimiz var. Növbəti iki oyunda toparlanıb əlimizdən gələni edəcəyik ki, mövsümün ilk yarısını yüksək pillələrdə başa vura bilək".
Qeyd edək ki, “kimyaçılar” 23 xalla hələlik üçüncü pillədə qalıblar.