"Sumqayıt" futbol klubu yeni transfera imza atdı. Bu haqda Sumqayıt24 klubun rəsmi saytına istinadən xəbər verir.
Şəhərimizi təmsil edən komanda öz heyətinə Vüqar Bəybalayevi qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb və o, 15 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Bəybalayev son olaraq Gürcüstanın "Telavi" klubunda oynayıb.