Belə ki, ötən mövsümün bürünc mükafatçısı olan klubumuz bu il qış fasiləsinədək cəmi 9 qol vurub. Bu isə klubun Premyer liqada iştirak etdiyi 8 mövsüm ərzində göstərdiyi ən zəif nəticə olub. Ən zəif əvvəlki göstərici isə 2013/14 mövsümünə təsadüf edib. Həmin vaxt komandamız fasiləyədək 11 qola imza atmışdır.
Qeyd edək ki, 2016/17 mövsümündə “AZAL” klubunun oyunçuları daha da az qol vurmuşdurlar. Fasiləyə kimi onlar cəmi 6 dəfə fərqlənməyi bacarmışdırlar.