“Sumqayıt” futbol klubuna yeni oyunçu gəlir. Bu haqda sportinfo.az-a istinadən xəbər veririk.
Məlumata görə klubumuz, yenicə “Səbail”dən ayrılan və azad agent statusunda olan Elşən Abdullayevlə razılaşıb. 27 yaşlı yarımmüdafiəçi 2,5 il müddətində komandamızın formasını geyinəcək.
Xatırladaq ki, bir neçə gün öncə klubumuz daha bir yarımmüdafiəçi - Vüqar Bəybalayevi heyətinə qatmışdır.