Sabah “Sumqayıt” futbol klubunun yeni baş məşqçisinin mətbuat konfransı baş tutacaq. Bu haqda bu gün, 5 yanvar tarixində klubun mətbuat xidməti xəbər yayıb.
Məlumata əsasən, Aleksey Baqanın təqdimat mərasimi 6 yanvar saat 14:00-da “Kapital Bank Arena”nın konfrans zalında keçiriləcək. Tədbirə bütün KİV nümayəndələri dəvətlidir.
Bundan əvvəl, Aleksey Baqa “Jalgiris”i Latviya, “Şaxtyor”u isə Belarus çempionu etmişdir. Həmçinin o, “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmışdır.